SON DƏQİQƏ : Türkiyədə ABŞ əsgərlərinin başına ÇUVAL KEÇİRDİLƏR - Türk gənclərdən SENSASİON ADDIM (VİDEO)

  • 00:17 - 03 Noyabr

Türkiyə Gənclər Birliyi İstanbul Sarayburnuda ABŞ əsgərlərinin başına çuval keçirdiklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, dünən Çanaqqala boğazından keçərək Mərmərə dənizinə çatan ABŞ Hərbi Dəniz Qüvvələrinə aid LCC-20 nömrəli amfibiya komanda-nəzarət gəmisi "USS Mount Whitney", Sarayburnuda lövbər salıb.

Türkiyə Gənclər Birliyi öz tvitter hesabında paylaşım edərək İstanbul Sarayburnuda olan ABŞ əsgərlərinin başına çuval keçirdiklərini açıqlayıb.

Həmin anın görüntüsünü paylaşan TGB, "Onlar qanlı çəkmələri ilə gəlib vətənimizi çirkləndirə bilməzlər. Amerika əsgəri milyonlarla müsəlmanın qatilidir və Mehmetçiyi vuran terrorçuların əsas dəstəkçisidir", -deyə bildirib. 


Oxunma sayı: 18800

Oxşar yazılar