Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü Bakı Türk Şəhidliyində qeyd olunub - FOTO

  • 17:09 - 29 Oktyabr

Bakı Türk Şəhidliyində Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

 

Tədbirə Türkiyə Səfirliyinin əməkdaşları, Hərbi Attaşelik, müşavirliklər, Bakıdakı türk məktəblərinin nümayəndələri və digər şəxslər qatılıblar.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türkiyə səfiri Cahit Bağçı Bakı Türk Şəhidliyi və Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önünə çələng qoyub. O, Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb.

 

Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü Bakı Türk Şəhidliyində qeyd olunub - FOTO
Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü Bakı Türk Şəhidliyində qeyd olunub - FOTO
Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü Bakı Türk Şəhidliyində qeyd olunub - FOTO

Oxunma sayı: 1266

Oxşar yazılar