Erməni deputat: “Azərbaycan Ermənistan ərazisindən Naxçıvana yol əldə edəcək”

  • 16:22 - 29 Oktyabr

“Azərbaycan Ermənistan ərazisi ilə Naxçıvana yol əldə edəcək”.

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Vətəndaş sazişi” Partiyasından olan deputatı Qaqik Melkonyan danışıb.

“Onların belə imkanı olmalıdır, Azərbaycandan Naxçıvana yol olmalıdır”, - deyə o bildirib.

Erməni deputat qeyd edib ki, sözügedən yolda gömrük məntəqəsi olmaya da bilər:

“Onlar da sərbəst şəkildə gedib-gələcəklər. Əvvəl-axır bu olmalıdır. Biz yolların açılması üçün buna getməliyik”.


Oxunma sayı: 4665

Oxşar yazılar