Deputat şəhidlərin bacı və qardaşlarına müavinət verilməsini təklif etdi

  • 15:32 - 29 Oktyabr

Deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı şəhid ailələrinə verilən yardımlarla bağlı məsələyə toxunub.

Avropa.info xəbər verir ki, o çıxışında bir çox şəhid ailələrinin valideynlərinin vəfat etdiyini və onların bacı-qardaşlarının qaldığını bildirib. Millət vəkili həmin şəxslərin diqqətdən qalmağının düzgün olmadığını bildirib.

“Bu, çox az sayda şəhidlərə aid məsələdir. Bu bacı-qardaşlar da onların himayəsində olan şəxslərdir. Yəni, o məhz qardaşının himayəsində olub və onun qazancı ilə dolanıb. Lakin bu gün həmin 500 manat müavinət və başqa hüquqlar onlara şamil edilmir.

Dövlət qurumlarına üzümü tutub deyirəm ki, bu say elə də çox deyil. Onlara da yardım göstərilməlidir. Dövlət onsuz da bu istiqamətdə çox işlər görür. Bu məsələyə də diqqət ayrılsa, böyük humanist addım atmış olarıq”, - deyə deputat bildirib.


Oxunma sayı: 1255

Oxşar yazılar