Demokratik Dəyişim Partiyasından Türkiyənin Cümhuriyyət günü açıqlaması

  • 13:18 - 29 Oktyabr

Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin Türkiyə Cümhuriyyəti günü münasibətilə açıqlama yayıb.

Avropa.info bildirir ki, açıqlamada deyilir:

"29 oktyabr Türkiyə Cümhuriyyəti günüdür! Şərəfli Türk milləti misli-bərabəri olmayan bir mücadilə verib minlərləşəhidin qanı bahasına dünya Türklərinin ümid və pənah yeri olan Türkiyə Cümhuriyyətini qurdu. Dünyanın hansı zamanında və harasında olur-olsun TÜRK bir dövlət qurdusa orada Uca ALLAHIN qanunlarına sayğılı oldu, insanlara hürriyyət vəədaləti təsis etdi. Milli və dini ayrımçılıq etmədən hər kəsə qucaq açdı, rəhm və mərhəmət göstərib məzluma ümid oldu, İlahi düzəni qorudu!

30 il dünyanın ən güclü dövlətlərinin nizamlamağa çalışıb da bir arşın irəli gedə bilmədiyi Qarabağ problemini Azərbaycanla birlikdə 44 günə həll etdi! 

Türkiyə Cümhuriyyəti yalnız Anadoluda deyil, bütünlüklə dünyada yaşayan Türklərin dövləti, məzlumların və kimsəsizlərin himayədarı və qoruyucusudur!

Cümhuriyyət günü münasibətilə TÜRK millətini təbrik edir, hər kəsə gözaydınlığı veririk!

Qılıncın və ədalətin kəskin, doğum günün qutlu olsun, Türkiyə Cümhuriyyəti!!!"


Oxunma sayı: 1354

Oxşar yazılar