Ermənilər Şuşa ətrafına ağır texnikalar yığır – FOTO

  • 14:42 - 27 Oktyabr

Təqdim edilən fotolar yenidir, dünən çəkilib. Məlum olduğu kimi, peyk görüntüləri ayda bir dəfə və ya iki aydan bir yenilənir. Ancaq sözügedən fotolar oktyabr ayı üçün olan vəziyyəti əks etdirən şəkillərdir.

Avropa.info bildirir ki, bu sözləri axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ermənilərin Şuşa ətrafına - Xocalı rayonunun Daşkənd kəndinə tank, top və 100-ə yaxın ağır texnika toplaması barədə az öncə paylaşdığı informasiyanı şərh edərkən deyib.

Onun sözlərinə görə, texnikaların Şuşa ətrafında cəmləşdirilmə səbəbinin 3 mümkün versiyası mümkündür:

“Birincisi, bu texnikalar ermənilərin qanunsuz şəkildə yerləşdiyi mövqelərdən çıxarılıb həmin əraziyə cəmləşdirilə bilər. İkincisi, Azərbaycanın ciddi təzyiqlərindən sonra qanunsuz erməni hərbi birləşmələrinin və texnikalarının ümumiyyətlə Qarabağdan çıxarılma prosesi başlaya bilər. Çünki bir müddət öncə rus sülhməramlılarının qanunsuz erməni postlarını dağıtdığı və partlatdığı ilə bağlı məlumatlar yayılmışdı.

Üçüncüsü isə odur ki, separatçılar öz əməllərindən əl çəkməyərək qanunsuz şəkildə olduqları mövqedə qalmağa davam edirlər. Azərbaycan dövləti isə məlum fotolarla bölgədəki bütün hərəkətləri izlədiyini və hər şeydən xəbərdar olduğunu göstərir”.

Bir harita ve yazı görseli olabilir

Oxunma sayı: 1497

Oxşar yazılar