Prezidentlərə Füzuli aeroportunun rəmzi açarları təqdim edildi - VİDEO

  • 13:52 - 26 Oktyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib. Ərdoğanı səfər çərçivəsində Türkiyə liderini ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edib.

Avropa.info xəbər verir ki, Azərbaycana birgünlük işgüzar səfəri edən Ərdoğan Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazidə tikilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Həmin görüntüləri təqdim edirik:


Oxunma sayı: 1376

Oxşar yazılar