Prezident İlham Əliyev: “Məndən də tələbələrə salam söylə” - VİDEO

  • 11:35 - 26 Oktyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Avropa.info bildirir ki, görüş zamanı İlham Əliyev tələbələrlə söhbətləşib:

Prezident İlham Əliyev: Harada oxuyursan?

Tələbə oğlan: Mən məktəbdə respublika birincisi oldum. Bakı Ali Neft Məktəbində oxuyuram.

Prezident İlham Əliyev: Neft məktəbində? Neçənci kursda?

Tələbə oğlan: Birinci kurs.

Prezident İlham Əliyev: Birinci kurs. Hə, çox yaxşı.

Tələbə qız: Mən də Bakı Ali Neft Məktəbində oxuyuram. Tələbələrimizin Sizə salamı var.

Prezident İlham Əliyev: Çox sağ ol, məndən də tələbələrə salam söylə. Çox sağ ol.


Oxunma sayı: 1431

Oxşar yazılar