Dünyanın gözü QARABAĞDA: Türkiyə Prezidenti bir ilkə imza atacaq - Ərdoğan Azərbaycana yola düşdü - VİDEO

  • 11:56 - 26 Oktyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısını Ankaradakı Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər məsul şəxslər yola salıblar.

R.T.Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu müşayiət edirlər.

Qeyd edək ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edir.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.

***

08:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük işgüzar səfər edəcək.

Avropa.info bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatında deyilib.

Məlumata əsasən, prezident Vətən müharibəsi nəticəsində azad edilmiş Füzuli rayonunda inşası qısa müddət ərzində başa çatmış beynəlxalq hava limanının açılışını, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək "Ağıllı aqropark"ın təməlqoyma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində keçiriləcək görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı addımlar müzakirə olunacaq.

Səfər zamanı, həmçinin ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.


Oxunma sayı: 1420

Oxşar yazılar