Azərbaycan Prezidenti Hadrutda yeni məscidin təməlini qoyub - YENİLƏNİB

  • 11:40 - 10 Oktyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Avropa.info-nun məlumatına görə, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu.

 

Məlumat verildi ki, Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaq. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.

****

Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni məscidin təməli qoyulub. 

Avropa.info xəbər verir ki, təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib.


Oxunma sayı: 4379

Oxşar yazılar