İrandan rəzalət dolu SKANDAL PAYLAŞIM : "Ərdoğan gedəcək, Klıcdaroğlu o şəxsləri İrana təslim edəcək" - AC TOYUQ YUXUDA DARI GÖRƏR!

  • 13:27 - 09 Oktyabr

Son günlər İranın Azərbaycana qarşı destruktiv münasibəti sosial şəbəkələrin İran seqmentinə də təsirsiz ötüşməyib.  

Avropa.info xəbər verir ki, İranın hökumətə yaxın ən məşhur paniranist sosial media hesablarından birində Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında qalmaqallı ifadələrə yer verilib.
  
 "2023" şəklii ilə paylaşılan  yazıda "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023 seçkilərində məğlub olacağını, CHP sədri Kamal Kılıçdaroğlunun qalib gələrək İrana qarşı olan və Türkiyədə yaşayan şəxsləri rəsmi Tehrana təslim edəcəyini" bildirilib. İran hökumətinə yaxın olan səhifə iddia edib ki, İrana qarşı müxalifətdə olan və təqiblərdən qaçaraq Türkiyədə yaşayan bu şəxsləri Prezident Ərdoğan himayə edir. 

Foto - Skandal paylaşımda şu ifadelere yer verildi: “Türkiye’de Erdoğan’ın hizmetinde İran aleyhine çalışan İranlıların isimlerini not edin. 2023’te Erdoğan kaybedince Kılıçtaroğlu’ndan onların yargılanıp İran’a teslim edilmesini isteyeceğiz.”

 "Türkiyədə Ərdoğanın xidmətində İrana qarşı işləyən iranlıların adlarına diqqət yetirin. Ərdoğan 2023 -cü ildə uduzanda, Klıcdaroğlu onları bizə təslim edəcək", -deyə İran hökumətinə yaxın qalmaqallı səhifə yazıb. 
 

Bu paylaşıma sosial mediada sərt reaksiya göstərilib. Bəzi  sosial media istifadəçiləri bu paylaşıma "ac toyuq yuxuda darı görər" mesajı ilə cavab verib. Qeyd edək ki, İran hökumətinə yaxın bu kimi tvitter hesabları Azərbaycan və Türkiyə əleyhinə paylaşımlar edirlər. 

Avropa.info


Oxunma sayı: 7910

Oxşar yazılar