Diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri başlayıb - FOTO

  • 10:56 - 08 Oktyabr

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb.

Avropa.info bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabında bildirilib.

Səfər çərçivəsində mətbuat attaşeləri Azərbaycanın mədəniyyət paytaxtında görməli yerləri ziyarət edəcəklər, o cümlədən Cıdır düzündə olacaqlar.

Diplomatik korpusun nümayəndələri Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.

 


Oxunma sayı: 1497

Oxşar yazılar