Separatçı Araik Arutunyan Xankəndidə güllələndi - Araik avtomobildən düşərkən silahlı şəxslər...

  • 20:13 - 07 Oktyabr

Xankəndindəki erməni separatçılarının "rəhbəri" Araik Arutunyana sui-qəsd olub.

Avropa.info xəbər verir ki, bu haqda erməni jurnalist Karen Andriyan yazıb. 

Erməni jurnalistin iddiasına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik Arutunyan yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir", deyə Andriyan bildirib.


Oxunma sayı: 27589

Oxşar yazılar