Ukrayna parlamenti spikeri vəzifəsindən geri çağırdı - FOTO

  • 17:24 - 07 Oktyabr

Ukrayna parlamenti – Ali Rada oktyabrın 7-də hakim Xalq Xidmətçisi Partiyasının Dmitri Razumkovu spiker postundan geri çağırmaq təşəbbüsünü səsverməyə çıxarıb. Avropa.info-nun novator.az-a istinadən məlumatına görə, təşəbbüs 284 səslə dəstək qazanıb.

1983-cü il təvəllüdlü Dmitri Razumkov 2019-cu il avqustun 29-da, Xalq Xidmətçisi Partiyasının sədri olarkən spiker seçilmişdi. Hazırda o, hakim partiyanın üzvü deyil.

2019-cu il iyulun 21-də seçilmiş parlamentdə prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyası 244, Müxalif Platforma Partiyası 44, Avropa Həmrəyliyi Partiyası 27, Batkivşina Partiyası 25, Gələcək Uğrunda Partiyası 22, Səs Partiyası 20, “İnam” bloku 20 mandatla təmsil olunur. 20 deputat fraksiyalara daxil deyil.


Oxunma sayı: 1970

Oxşar yazılar