"Türk PUA-larının qarşısını almağın yollarını tapa bilmədik, acizik qalmışıq..." - Rusiyadan SENSASİON TÜRK PUA-ları ETİRAFI

  • 12:24 - 07 Oktyabr

Rusiya mediası Qarabağda dastan yazan Türk PUA -larına qarşı necə tədbir görə biləcəkləri ilə bağlı bir yazı dərc edib. 

Avropa.info xəbər verir ki, yazıda Türkiyə PUA-larının Qarabağ savaşından sonra Donbasda da mühüm rol oynamağa hazır olduğu bildirilib. Təhlil yazısında Rusiyanın Türkiyə PUA-larına qarşı heç bir tədbiq görə bilmədiyi vurğulanıb.

"Türkiyə birdən -birə PUA baxımından bazarda ilk beşliyə girdi. Türkiyənin döyüş sahəsindəki uğuru danılmazdır. "Türklər iki gün ərzində İdlib yaxınlığında 23 Suriya tankını, 23 özüyeriyən motorlu silahı, 5 helikopteri və bir sıra Pantsir-C1 artilleriya-raket sistemlərini   məhv etdi. Osa zenit-raket sistemi, Tor hava hücumundan müdafiə sistemi və Strela -10 sistemləri  Türkiyə PUA-ları qarşısında aciz qaldı.

İndi isə türklər MQ-9 Reaper PUA-ları ilə eyni gücdə olan "AKINCI" PUA-larını istehsal edirlər. "AKINCI" döyüş sahəsindəki amerikalı həmkarını belə üstələyir",-deyə rus mediasında dərc olunan yazıda qeyd ounur. 

Avropa.info


Oxunma sayı: 6931

Oxşar yazılar