İran 44 günlük müharibədə Ermənistana kəşfiyyat məlumatları ötürüb : PUA-ların hərəkətini, ratsiya əlaqəsini və daha nələr... - SENSASİON FAKTLAR

  • 00:29 - 07 Oktyabr

İran 44 günlük Qarabağ müharibəsində Ermənistana kəşfiyyat məlumatları ötürürmüş.

Avropa.info xəbər verir ki, belə bir iddia ilə Türkiyənin "Türkiye" qəzeti çıxış edib.

Qəzetin İrandakı qaynaqlara istinadən yaydığı xəbərdə bildirilir ki, savaş dövründə İran 70-80 nəfərdən ibarət xüsusi təchiz olunmuş bir qrup və xüsusi texnikanı Azərbaycanla sərhədə göndərib. 

"Cəbrayıl şəhərinin hüdudlarında yerləşən Xudafərin körpüsünə paralel xətt üzərində qurulan bazada, əsasən texniki mütəxəssislərdən ibarət olan İran əsgərləri PUA-ların hava hərəkətini, kəşfiyyat təyyarələrini, vertolyotları və Azərbaycan əsgərlərinin radio tezliklərini izləyib.

Araz çayı kənarında inşa edilən İran radar sistemləri və radio dinləmə stansiyası əldə edən məlumatları Ermənistan Baş Qərargahına ötürüb. İran hərbçiləri Ermənistana dəstək üçün qurulan bazanın yaxınlığına heç bir mülki vətəndaşı buraxmayıblar. Bu yer tamamilə türk kənd və qəsəbələrindən ibarətdir. Bu səbəbdən İran əsgərləri baza bölgəsini fövqəladə təhlükəsizlik tədbirləri ilə qoruyub", - deyə "Türkiye" qəzetinin yazısında qeyd olunur. 

Avropa.info


Oxunma sayı: 7723

Oxşar yazılar