Pakistanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub

  • 20:15 - 06 Oktyabr

Pakistanın İdarələrarası Kəşfiyyat Xidmətinə (ISI) yeni rəhbər təyin olunub.

Bu barədə Pakistanın “Dawn News” nəşri məlumat yayıb.

  •  

General-leytenant Faiz Həmid İdarələrarası Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad olunub. O, Peşəvər Korpusunun komandiri təyin olunub.

General-leytenant Nadim Anjum isə İdarələrarası Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib.

Nadim Anjum daha əvvəl Kəraçidə Pakistanın V Korpusunun Komandanı olub, Pakistanın Sərhəd Korpusunda Baş Müfəttiş kimi çalışıb.(apa)


Oxunma sayı: 2245

Oxşar yazılar