Zərdabda Vətən Müharibəsi şəhidi, baş gizir İbrahim Cəbrayıllının anım mərasimi keçirilib - FOTOLAR

  • 21:03 - 01 Oktyabr

Zərdab rayon Məlikmudlu kəndində Vətən müharibəsinin şəhidi, baş gizir Cəbrayıllı İbrahim ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Avropa.info xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş baş gizir Cəbrayıllı İbrahimin birinci ildönümü ilə bağlı anım mərasimi şəhidin anadan olduğu Məlikmudlu kəndində baş tutub.

"Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!” nidaları altında şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində tabutun büküldüyü bayraq Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov tərəfindən şəhidin atası Raqub Cəbrayılova təqdim edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Zərdab rayonunun Məlikmudlu kəndindən olan Vətən müharibəsinin şəhidi baş gizir Cəbrayıllı İbrahim ölümündən sonra «Vətən uğrunda», «Hərbi xidmətlərə görə» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidin mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar və s. iştirak ediblər.

İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Məhz bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar...

Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.

 


Oxunma sayı: 4588

Oxşar yazılar