Telman İsmayılov Monteneqroda saxlanıldı

  • 21:02 - 01 Oktyabr

Rusiyanın paytaxtı Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

Bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb.

Musavat.com xəbər verir ki, Telman İsmayılov yəhudi əsilli azərbaycanlıdır, Göyçayda doğulub. O, AST Telman ləqəbi ilə məşhurdur. Rusiyanın yüksək ranqlı dövlət yetkililəri ilə münasibətlərinin pisləşməsi səbəbindən sahibi olduğu bazara və Rusiyadakı bütün biznesinə əl qoyulmuş, özü isə axtarışa verilmişdi.


Oxunma sayı: 1794

Oxşar yazılar