MEK tərəfindən təqdirəlayiq addım     

  • 21:01 - 01 Oktyabr

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən növbəti dəfə təqdirəlayiq addım atılıb. 

Avropa.info xəbər verir ki, cəmiyyətdə mütaliəni artırmaq, hərbi hissələrdə əsgər və zabit heyətinin asudə vaxtlarının səmərəli təşkili, şəhid və qazi ailələri ilə daimi olaraq qarşılıqlı diskussiyanı təmin etmək məqsədi ilə həyata keçirilən “Oxu-qazan” layihəsinə MEK-in fondundan 30-a yaxın 11 adda kitab hədiyyə edilib.

Qeyd edək ki, “Oxu-qazan” layihəsi Müdafiə Nazirliyinin dəstəyi ilə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi tərəfindən həyata keçirilir. Aksiya çərçivəsində təqdim olunan bədii, tarixi və vətənpərvərlik mövzularını əhatə edən nəşrlər oxucularda dərin maraq yaradacaq.

Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana AMEA-nın müəssisələrinə, kənd orta məktəbləri və universitet kitabxanalarına, diaspor təşkilatlarına və digər orqanlara mütamadi olaraq dəyərli nəşrlər hədiyyə edir.


Oxunma sayı: 1618

Oxşar yazılar