Dərman və vaksinlərin əlavə təsirləri barədə məlumat vermək üçün onlayn sistem yaradılıb

  • 21:45 - 01 Oktyabr

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında bildirişlərin (məlumatların) onlayn şəkildə ötürülməsi üçün görülən işlər başa çatıb. 

AEM-dən Avropa.info-ya verilən məlumata görə, pasiyentlər, pasiyent yaxınları və tibb işçiləri onlayn portal vasitəsi ilə dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər barədə məlumatları daha rahat şəkildə ötürə biləcəklər. Sistemin əsası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Dərman Monitorinqi Mərkəzi tərəfindən hazırlanıb və burada təqdim etdiyiniz məlumatlar ÜST-ün əlavə təsirlər haqqında qlobal informasiya bazasına ötürüləcək. Onlayn bildirişlərin ötürülməsi üçün https://primaryreporting.who-umc.org/az linkindən istifadə edərək daxil olmaq mümkündür. 

Türkiyə birincisi olan həmyerlimiz: “Qazandığım uğur məsuliyyətimin nəticəsidir” 
Azərbaycanda son sutkada 2114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub 
Oktyabrın 1-dən dəmir yol və avtomobillə rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq 
Qeyd edək ki, təqdim edilən məlumatlara Mərkəz tərəfindən nəzarət ediləcək.


Oxunma sayı: 2421

Oxşar yazılar