Zığ-Hövsan yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

  • 14:37 - 01 Oktyabr

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Avropa.info bildirir ki, sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Oxunma sayı: 1871

Oxşar yazılar