Müdafiə Nazirliyi: “Düşmənin hərbi təxribatlarını özlərinin qəbrinə çevirdik”

  • 14:51 - 01 Oktyabr

“Biz öz hazırlığımızı artırırdıq. Çünki bilirdik ki, gün gələcək və Ali Baş Komandan “İrəli” əmri verəcək”.

Avropa.info-nun xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

O vurğulayıb ki, Ermənistanın sərsəm bəyanatları Azərbaycanın hər bir vətəndaşının hissiyatına toxunurdu: “Sentyabrın 27-də düşmənin hərbi təxribatları özlərinin qəbrinə çevrildi. Ali Baş Komandanın həmin gün verdiyi əmrlə düşməni məhv etməyə başladıq. Müharibənin ilk günündən düşmənin “Ohanyan səddi”ni keçib irəli getdik”.


Oxunma sayı: 2652

Oxşar yazılar