Səyyad Əlizadə SON MƏNZİLƏ yola salındı - Vida mərasiminə tək bu müğənni gəldi

  • 12:05 - 01 Oktyabr

Müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün 1 saylı Kliniki Tibbi Mərkəzin morqundan doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.

Avropa.info-nun lent.az-a istinadən məlumatına görə, 63 yaşlı ifaçının vida mərasiminə qohumları və ailə üzvləri gəlib. Sənət dostlarından isə yalnız Əməkdar artist Yusif Mustafayev vida mərasiminə qatılıb. 

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə ötən gecə dünyasını dəyişib. Süni tənəffüs aparatına qoşulan sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.


Oxunma sayı: 1871

Oxşar yazılar