Rəsmi Tehranın "sionist" nağılı tükənmir: İran XİN rəhbəri yenə də Azərbaycanı hədəf aldı - FOTO

  • 11:15 - 01 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin sözləri İranı narahat etməyə davam edir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan tərəfinin verdiyi açıqlamaları "təəccübləndirici və təəssüfləndirici" kimi dəyərləndirib.

Avropa.info xəbər verir ki, Azərbaycanın İrandakı yeni səfiri Əli Əlizadə Abdullahiyana etimadnaməsini təqdim edib. Abdullahiyan görüş zamanı Azərbaycanda yayılan açıqlamalara reaksiya verib.

Bu açıqlamaları "təəccübləndirici və təəssüfləndirici" olaraq şərh edən Abdullahiyan, "sərhədləri daxilində ölkələr tərəfindən həyata keçirilən hərbi təlimlər milli suverenlik hüquqları çərçivəsindədir" deyib:

“Sionist rejimin sərhədlərimiz yaxınlığında olmasına və milli təhlükəsizliyimizə qarşı fəaliyyətinə dözməyəcəyik. Bununla bağlı bütün lazımi addımları atacağıq".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 27 -də Anadolu Agentliyinə özəl müsahibəsində İran yük maşınlarının işğaldan azad edilmiş Qarabağ bölgəsinə qanunsuz yolla göndərildiyini bildirib.

Azərbaycanın işğaldan azad edilmiş bölgəyə İran yük maşınlarının göndərilməsi məsələsinə və İranın Azərbaycan sərhədləri yaxınlığında təlimlərinə münasibət bildirən İlham Əliyev, “Sərhədimizin yaxınlığında İran tərəfindən keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməmişdi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim bir söz deyə bilməz. Lakin bunu bir zaman kəsimində təhlil etdikdə, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə bizim sərhədimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar verir", deyib.

Bundan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə sentyabrın 28 -də verdiyi açıqlamada anormal münasibət sərgiləyib, Azərbaycan tərəfinin rəsmi Tehrana verdiyi reaksiyaları  "təəccübləndirici" kimi qiymətləndirib.

Xatırladaq ki, iyulun 11 -dən avqustun 8 -dək nəqliyyatı nə daşıdığı məlum olmayan İran yük maşınları Laçın dəhlizi ilə 70 dəfə Xankəndinə giriş-çıxış edib. Azərbaycan tərəfi İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib, lakin heç bir nəticə əldə edilməyib. İran TIR-ları 11 avqust -10 sentyabr tarixləri arasında İran yenə də Xankəndinə qanunsuz yük daşıyıb. Bu tarixlər arasında 60 yük maşını Xankəndinə giriş-çıxış edib. Bu yük maşınlarından bəziləri tanınmamaq üçün erməni nömrələri taxıblar. Laçın dəhlizindəki vəziyyətə nəzarət etməkdən məsul olan Rusiya sülhməramlıları da pozuntulara məhəl qoymayıb.

Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün BAĞLADI | KONKRET

Diplomatik olaraq Tehrana yenidən xəbərdarlıq edən Azərbaycan Gorus-Qafan yolunda polis və gömrük postu qurdu və İrandan gələn yük maşınlarını yoxlamağa başladı. Azərbaycan ərazilərinə qanunsuz yük daşımaq istəyən bəzi yük maşını sürücüləri saxlanıldı Rusiya sülhməramlılarına "Qarabağa qaçaq yük tranzitinə icazə verilməməsini" tələb edən bir məktub da göndərildi. İranla Azərbaycan arasında bu məsələdə gərginlik davam edərkən, Türkiyə ilə Azərbaycanın Xəzərdə birgə təlimi keçirildi.

Avropa.info


Oxunma sayı: 3477

Oxşar yazılar