Səyyad Əlizadənin dəfn ediləcəyi yer məlum olub

  • 09:36 - 01 Oktyabr

Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Avropa.info bildirir ki, bu barədə "Report"a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında - Füzuli rayonunda dəfn olunacaq.

Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.


Oxunma sayı: 1233

Oxşar yazılar