Deputata yeni vəzifə verildi

  • 10:49 - 01 Oktyabr

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadaraiyə yeni vəzifə verilib.

Avropa.info xəbər verir ki, bu barədə deputat "Facebook" səhifəsində paylaşım edib.

O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub.

Qeyd edək ki, AŞPA-nın sentyabrın 27-dən başlayan payız sessiyası bu gün yekunlaşır.

Nigar Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.


Oxunma sayı: 1618

Oxşar yazılar