Azərbaycanda vəzifəli şəxslər şəhid övladları ilə bir gün keçirəcək - VİDEO

  • 16:03 - 30 Sentyabr

Azərbaycan Televiziyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yeni sosial layihəyə imza atıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Avropa.info-ya verilən məlumata görə, layihə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsinin birinci ildönümü münasibətilə reallaşdırılır.

“Tut əlimdən” adlı layihənin qəhrəmanları İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarıdır.

Məqsəd şəhid əmanətlərinin (gələcəkdə digər həssas əhali qruplarından olan azyaşlıların) daim diqqət və qayğı əhatəsində olduqlarını, bundan sonra da daim dövlətin, ümumilikdə isə cəmiyyətin dəstəyini yaxından hiss edəcəklərini vacib mesaj olaraq çatdırmaqdır.

Layihənin hər bölümündə vəzifəli yaxud ictimaiyyət tərəfindən tanınan hər hansı şəxs bir gününü şəhid övladları (7-14 yaş) ilə keçirəcək, uşaqların qayğılarını bölüşəcək, onların asudə vaxtının faydalı keçməsinə dəstək olacaq.

“Tut əlimdən” layihəsinin ilk buraxılışı bu gün – sentyabrın 30-u saat 18:30-da AzTV-də yayımlanacaq.

Vətən naminə canını fəda etmiş igidlərimizin uşaqlarına “Tut əlimdən” deyərək daim onların yanında olduğumuzu bir daha göstərək!


Oxunma sayı: 1816

Oxşar yazılar