Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı: Xəsarət alanlar var - FOTO

  • 17:21 - 30 Sentyabr

Abşeron rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə Zabrat-Kürdəxanı yolunun Kürdəxanıdan keçən hissəsində qeydə alınıb.

Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi "İsuzu" markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

image desc

 

image desc

 

image desc

 

image desc

Report


Oxunma sayı: 1640

Oxşar yazılar