Ermənilərdən əməkdar artistin ərinin qəbrinə qarşı görünməmiş vəhşilik - VİDEO

  • 16:30 - 30 Sentyabr

Əməkdar artist Gülüstan Əliyeva Cəbrayılda həyat yoldaşı Zahid Əliyevin qəbrini tapmasından danışıb.

Avropa.info xəbər verir ki, "Bizimləsən" proqramına qonaq olan sənətçi erməni qəsbkarlarının mərhumun məzarını tamamilə dağıtdığını və yalnız başdaşının çox kiçik hissəsinin qaldığını bildirib:

"Cəbrayılda dünyasını dəyişən dəyərli insanlar həmin müqqəddəs ocaq adlı yerdə dəfn olunub. Yoldaşım da orada dəfn olunub. Biz yeni evlənmişdik. Toyumuzdan sonra qayınatamgildən Cəbrayıldakı öz evimizə gəldik.

Bir gün həyat yoldaşım məni ocağa apardı. Orada mənə qəbirlərin kimə məxsus olduğunu dedi. Nənəsinin qəbrinə gəlincə, o bildirdi ki, bura onun nənəsinin məzarıdır. Dedi ki, “Gərək bu qəbri düzəltdirim, özümə də onun ayaq hissəsində yer alım, öləndə məni orada dəfn etsinlər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Ondan bildim ki, bura onun məzarıdır.

Oradakı bütün qəbirlərin, o cümlədən yoldaşımın da qəbrini oyaraq açmışdılar. Onu tanıyırdılar. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Onlar qəbirləri açıb dəfn olunanları çıxarıblar. Müsəlmanlarda cəsəd çiyni üstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və bütün meyitlər çıxarılıb".


Oxunma sayı: 1838

Oxşar yazılar