Ermənistanın dialoq təklifinə Türkiyədən cavab gəldi: Prezidentin sözçüsü danışıqlara başlamaq üçün şərtləri açıqladı - VİDEO

  • 22:38 - 28 Sentyabr

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın qatıldığı televiziya proqramında Ermənistanla münasibətlərin normallaşması ilə bağlı şərtləri dəyərləndirib. 

Avropa.info xəbər verir ki, İbrahim Kalın Ermənistan rəhbərliyi ilə danışıqların yenidən başlamasına müsbət baxdıqlarını söyləyib.

"Qarabağ məsələsində həll edilməsi lazım olan məsələlər var. Atəşkəs imzalandı, amma heç bir sülh müqaviləsi bağlanmadı. Sülh müqaviləsi bütün gölgəyə sülh gətirəcək. Bu tendensiya əslində yaxşıdır. Ermənistan kasıb bir ölkədir və iqtisadiyyatı sülhdən bəhrələnə bilər", deyə o bildirib.

Haber Global yayımında gündəmlə bağlı dəyərləndirmələr aparan Prezident sözçüsü İbrahim Kalın Ermənistan tərəfindən verilən "Türkiyə ilə normallaşma addımları atmalıyıq" açıqlamaları ilə əlaqədar, "Biz də müsbət baxırıq", deyib.

Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağı 30 ildən sonra azad etməsinə toxunan İbrahim Kalın, "Qarabağ məsələsində həll edilməsi lazım olan məsələlər var. Atəşkəs imzalandı, amma sülh müqaviləsi bağlanmadı. Bunun şərtləri müzakirə olunacaq və iki tərəf razılıq verəcək. Bu proses davam edir. Yalnız Ermənistan deyil, bir çox başqa elementlər var. Amma bu müqavilə də Ermənistanın xeyrinə olacaq. Baxın, Ermənistan kasıb bir ölkədir. Azərbaycan və Türkiyə İqtisadiyyatı var və onlar bundan faydalana bilərlər. Ermənilərlə heç bir problemimiz yoxdur. Bu müharibə bitməli və sona çatmalı idi, bunlar düzgün çərçivəyə salınsa, həll edilə bilməyəcək məsələlər deyil", deyib.

Prezident sözçüsü Rəcəb Tayyib Ərdoğanın da normallaşma ilə bağlı pozitiv açıqlamalar verdiyini qeyd edib:

"Eyni zamanlı olaraq da Azərbaycanla problemlərini həll edərək, yolu qət edərsək, bu bizi də rahatladar. Sülh müqaviləsi bütün bölgəyə sülh gətirəcək. Bu tendensiya əslində yaxşıdır. Cənab Əliyev də bir çox açıqlamalar verdi. Bu, müsbət qarşılıqlı mesajlar çox yaxşıdır. Bu sülh müqaviləsi ən qısa zamanda imzalanarsa və mina xəritəsi kimi texniki məsələlər həll edilərsə, prosesi sürətləndirər. Bundan ən çox Ermənistan, Ermənistan vətəndaşları yararlanar. Biz bu müddətdə Minsk qrupunun bir həll yolunu tapdığını görmədik. Azərbaycan çox səbr etdi. 30 il boyunca görüşlər keçirildi, təkliflər edildi".


Oxunma sayı: 4940

Oxşar yazılar