Mustafa Şentop: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

  • 18:10 - 28 Sentyabr

“Dünən, sentyabrın 27-də işğal altında olan Qarabağı azadlığına qovuşduran şanlı Vətən müharibəsinin ildönümü idi. Şəhidlərin Anım Günündə bütün Azərbaycan xalqını təbrik edirəm və şəhidlərimizi rəhmətlə anıram”.

Avropa.info apa-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstanın Türküstan şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında çıxışı zamanı deyib.

  •  

“Qarabağ Azərbaycandır! Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. İşğalın başa çatmasından sonra regionda sabitliyin bərqərar olması üçün hər cür dəstəyi veririk. Gələcəkdə də dəstək verməyə davam edəcəyik”, - M. Şentop vurğulayıb.


Oxunma sayı: 1750

Oxşar yazılar