Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

  • 17:40 - 28 Sentyabr

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.


Oxunma sayı: 2740

Oxşar yazılar