Aydın Partiyası Anım Günü ilə bağlı bəyanat yaydı

  • 19:03 - 26 Sentyabr

Aydınlar Partiyası 27 sentyabr - Anım Günü ilə əlaqədar bəyanat yayıb. 

Avropa.info xəbər verir ki, bəyanatda deyilir:

"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başlamasından bir il keçir. 27 sentyabr 2020-ci il Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başlanması günüdür. Vətən müharibəsi Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin böyük bir hissəsinin azad olunması ilə nəticələndi. Azərbaycan ordusu 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək və ermən faşizminə əzərək işğala son qoydu, respublikamızın ərazi bütövlüyünü bərpa etdi. 

Bu qələbənin qazanılmasında ordumuzun döyüş əzmi, xalqımızın milli həmrəyliyi və birliyi müstəsna rol oynadı. Aydınlar partiyası Vətən müharibəsinin ilk günün Azərbaycan dövlətinin və ordusunun, onun Ali Baş Komandanının yanında olduğunu bəyan etdi, öz üzvlərinə və xalqa müraciət edərək əli silah tuta bilənlərinin hamısını ordu sıralarına könüllü yazılmağa çağırdı.

Vətən müharibəsinin başlayan andan biz qardaş qardaş Türk xalqı və Türkiyə dövlətinin dəstəyini görduk. Həmin dəstəyə görə türk xalqı və Türkiyə dövlətinə öz dərin minnətdarlığımızı bildiririk.

Bu Anım Günündə Aydınlar Partiyası Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfqət diləyir".


Oxunma sayı: 7360

Oxşar yazılar