Ermənistan Prezidentinin müşaviri ölüb
- 21:15 - 24 Sentyabr
Ermənistan Prezidenti Armen Sarkisyanın müşaviri Hamlet Qasparyan 71 yaşında ölüb.
Bu barədə məlumatı “news.am” yayıb.
Məlumata görə, o, bu bəzifəyə 2018-ci ildə təyin edilib.
Hamlet Qasparyan 1950-ci il mayın 20-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirib. O, Xarici İşlər Nazirliyində, ölkəsinin Böyük Britaniya və Fransadakı səfirliklərində birinci katib və müşavir vəzifələrində, telekanalda, qəzetlərdə işləyib.(report)