Vilayət Eyvazov iki polis rəisi təyin etdi

  • 17:39 - 24 Sentyabr

Sumqayıt şəhər Polis İdarəsində yeni təyinatlar olub.

Avropa.info-nun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin rəisi, polis kapitanı Xalid Günəsov tutduğu vəzifədən azad edilərək 3-cü polis bölməsinin rəisi təyin edilib.

Vilayət Eyvazovun digər əmri ilə Sumqayıt şəhər Polis İdarəsi rəisinin köməkçisi, polis polkovnik-leytenantı Bəhruz Musayev isə 2-ci polis bölməsinin rəisi təyin edilib.


Oxunma sayı: 1563

Oxşar yazılar