Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Levon Ter-Petrosyanın evində - Fəxri doktor adı almaq üçün İrəvandadır (FOTO)
- 00:58 - 24 Sentyabr
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qırğızıstanın devrilmiş keçmiş prezidenti Əsgər Akayevlə evində görüşüb.
Avropa.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb. Məlumata görə, Akayev Ermənistan-Rusiya Universitetinin dəvəti ilə fəxri doktor adına layiq görülmə mərasimində iştirak etmək üçün İrəvana gəlib.
"Ter-Petrosyan və Akayev səkkiz ilə yaxındır ki, həm MDB çərçivəsində, həm də ikitərəfli münasibətlərdə sıx əməkdaşlıq ediblər", - deyə Arman Musinyan bildirib.