Rusiyada universitetdə terror: 8 nəfər ölüb, 14 nəfər yaralanıb - Hücum edənin kimliyi bilindi - Yenilənib - VİDEO

  • 11:59 - 20 Sentyabr

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Avropa.info bildirir ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, azı bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.

Terroru törədən Timur Bekmansurov adlı şəxsdir. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.

***

Perm Dövlət Universitetində baş vermiş silahlı insident nəticəsində 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

Avropa.info bildirir ki, bu barədə TASS məlumat yayıb.

***

Perm Dövlət Universitetinə edilən hücum edən şəxsin kimliyi bilinib.

Avropa.info Rusiya mətbuatına istinadən xəbər verir ki, terror hadisəsini törədənin Timur Bekmansurov olduğu bildirilir. 

Mühafizəçilərdən biri universitetin girişində hücum edəni saxlamağa çalışsa da, güllələnib. 


Oxunma sayı: 3818

Oxşar yazılar