Ərdoğandan dünyaya MESAJ: "İslam düşmənliyi virusdan daha sürətli bir şəkildə yayılır" - VİDEO

  • 10:35 - 20 Sentyabr

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasına qatılmaq üçün ABŞ-a səfərə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər proqramı çərçivəsində "Daha ədalətli dünya mümkündür" konfransında qatılıb. 

Avropa.info xəbər verir ki, tədbirdən dünyaya mesaj verən Ərdoğan artan İslamofobiyaya diqqət çəkərək, "İslam düşmənliyi virusdan daha sürətli bir şəkildə yayılır. Bir çox ölkədə müsəlmanlar inanclarına, dillərinə və geyimlərinə görə kənarda qalırlar", deyib. 

FETÖ və YPG terror təşkilatları haqqında da açıqlamalar verən Ərdoğan, "ABŞ-dakı dostlarınıza PKK/YPG, FETÖ-nün əsl simasını yorulmadan izah etməyə davam etməyinizi istəyirəm", söyləyib:

"Bu zalda bir daha bu həqiqətlərin şahidi oluruq. Allah həmrəyliyimizi qorusun. İnsanlıq son 2 ildə koronavirus epidemiyası səbəbiylə ağrılı günlər keçirir. Təhsildən sağlamlığa, ticarətdən ticarətə qədər hər sahədə çətinliklər var. 

Bu bəlaya qalib gələcəyimizə inanırıq. İnəşallah, peyvəndlərə çıxış artdıqca bu xəstəlik zaman keçdikcə təsirini itirəcək. COVID-19 pandemiyası qlobal sistemdəki bərabərsizliyi açıq və aydın şəkildə ortaya qoydu".

Türkiyə Prezidenti bir çox ölkələrdə xəstələrin laqeydlikdən ölməsinə diqqət çəkib: 

"Qocalar evindən hamımızın qəlbini ağrıdan görüntülərin əks olunduğu dəhşətli durumlarla qarşılaşdıq. Hələ ilk doza vaksin vurulmayan yüz milyonlarla insan var. Türkiyə olaraq əlimizdəki bütün imkanları insanlıq üçün səfərbər etdik.

Bütün qardaşlarımızın və bütün bəşəriyyətin xidmətinə öz peyvəndimiz olan "Turkovac"ı da təqdim edəcəyik. İnsanlıq olaraq, koronavirusdan daha hiyləgər bir virusla mübarizə aparırıq. 

İslam düşmənliyi virusdan daha sürətli bir şəkildə yayılır. Bir çox ölkədə müsəlmanlar inanclarına, dillərinə və geyimlərinə görə kənarda qalırlar. İslamofobiyanın fərqli cəmiyyətlərdə kök saldığını görürük. Türkiyə olaraq, beynəlxalq platformalarda İslamofobiya və dözümsüzlüklə mübarizə aparırıq".


Oxunma sayı: 2509

Oxşar yazılar