Ərdoğanın ABŞ-a verəcəyi MESAJ AÇIQLANDI : Türkiyə Suriyada ABŞ-ın qurmaq istədiyi terror dəhlizinə icazə verilməyəcək

  • 00:20 - 20 Sentyabr

"Türkiyənin ABŞ-a verəcəyi mesaj aydındır. Suriyada terror dəhlizinə icazə verilməyəcək. Bu, ABŞ və Türkiyə arasındakı ən böyük problemdir. Müdafiə naziri Hulusi Akar da eyni mesajı verdi. Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ -a səfərindəki məsələlərdən biri də budur."

Avropa.info xəbər verir ki, bunu Türkiyəli jurnalist, yazar Bünyamin Aygün deyib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərində veriləcək mesajları açıqlayıb.

"Suriyadakı terrorizm əsas mübahisə nöqtəsidir. Əfqanıstan məsələsi də gündəmdədir. Amerikanın Əfqanıstanda uğursuzluğa düçar olduğu məlumdur. Və Qərbin terror təşkilatlarına kömək etdiyi son gündəm. Fransa məhkəmələri tərəfindən Fransanın "Lafarge" şirkətinin İŞİD- dəstəkləməsinin sübuta yetirilməsi faktı.

Düşünürəm ki, müzakirə ediləcək əsas mövzu terrordur. PKK terror təşkilatı Suriyanın şimalında yuva qurub. Türkiyənin burada Amerika rəhbərliyinə verəcəyi mesaj "Türkiyənin qırmızı xətti terrordur" olacaq. YPG Türkiyə üçün ciddi təhlükədir. Müdafiə nazirimiz Hulusi Akar bu yaxınlarda gündəmə gətirdi. Türkiyə ilə ABŞ arasındakı ən böyük fikir ayrılığı terror məsələsidir",-deyə jurnalist qeyd edib.

Avropa.info


Oxunma sayı: 3466

Oxşar yazılar