Liviyada hərbi helikopterlər toqquşub, ölənlər var

  • 21:35 - 19 Sentyabr

Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb. 

Bu barədə TASS-a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə bildirib. 

"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, - mənbə agentliyə deyib. O, qeyd edib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub. 

Onun sözlərinə görə, ikinci helikopterin ekipajı sağ qalıb. 

Hadisənin başvermə şəriti ilə bağlı araşdırmalara başlanılıb.(report)


Oxunma sayı: 6777

Oxşar yazılar