Türkiyədə bir gündə 221 nəfər koronavirusdan öldü

  • 22:00 - 18 Sentyabr

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 221 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 335 244 nəfər test edilib, onların 26 160-nin koronavirus testi pozitiv nəticə verib, 24 023 nəfər sağalıb.


Oxunma sayı: 2234

Oxşar yazılar