Kəlbəcərdə çörək sexində ÖZBAŞINALIQ: Prokurorluq işə qarışdı

  • 17:08 - 14 Sentyabr

Kəlbəcərdə çörək sexində işçilərin əmək hüquqları pozulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, bu barədə rayonun rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayon Prokurorluğuna müraciət edib.

O bildirib ki, çalışdığı, rayon ərazisində yerləşən çörək sexində əmək hüquqları pozulub.

Müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınaraq, o cümlədən digər zəruri tədbirlər görülüb.

Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapıb və H.Məmmədquluyevin müraciəti təmin olunub.


Oxunma sayı: 3070

Oxşar yazılar