İraqda İŞİD terrorçularının hücumu nəticəsində 3 polis əməkdaşı həlak olub

  • 11:15 - 12 Sentyabr

İraqın Kərkük əyalətində İŞİD terrorçuları beşinci polis briqadasına hücum ediblər.

Bu barədə "Alsumaria" telekanalı mənbəyə istinadən xəbər verib.

Məlumata əsasən, hücum nəticəsində 3 polis əməkdaşı həlak olub, 1-i isə xəsarət alıb.

 

Qeyd edək ki, bir həftə öncə İŞİD ekstremistləri Kərkükdə polis nəzarət-buraxılış məntəqəsinə hücum etmişdilər. Hücum nəticəsində 13 polis əməkdaşı həlak olmuşdu.(trend)


Oxunma sayı: 6304

Oxşar yazılar