Türkiyənin havadakı YENİ GÜCÜ "AKINCI" PUA : Səlçuk Bayraktar Türk Ordusuna təslim edilən "AKINCI"ların sayını AÇIQLADI (FOTO)

  • 01:23 - 12 Sentyabr

Baykar Müdafiə Texnologiyaları Şirkətinin direktoru Səlçuk Bayraktar, Türkiyənin NTV telekanalında yeni istehsal etdikləri və Türkiyə Silahlı Qüvvələrinə təhvil verdikləri "AKINCI" TİHA (PUA)haqqında danışıb. 

Avropa.info xəbər verir ki, ayda 2 "AKINCI" TİHA istehsal etmək gücünə sahib olduqlarını ifadə edən Selçuk Bayraktar, ilkin olaraq Türkiyə Silahlı Qüvvələrinə 3 "AKINCI " pilotsuz döyüş təyyarələri təhvil verdiklərini bildirib.

Qeyd edək ki, "AKINCI" TİHA-lar bu ilin 29 avqustunda Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimlə Silahlı Qüvvələrin invertarına girib.


Oxunma sayı: 9153

Oxşar yazılar