Türkiyədən Yunanıstana qaçmağa çalışan 9 FETÖ-çü saxlanılıb

  • 21:00 - 10 Sentyabr

Qanunsuz yollarla Türkiyədən Yunanıstana qaçmağa cəhd edən 9 FETÖ terrorçusu saxlanılıb. 

Bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində yayıb. 

Bildirilib ki, Edirne şəhərində Yunanıstana qanunsuz yollarla keçməyə çalışan 11 nəfər yaxalanıb. Araşdırmalar nəticəsində saxlanılan şəxslərdən 9 nəfərinin FETÖ terror təşkilatına mənsub olduğu müəyyən edilib.


Oxunma sayı: 5776

Oxşar yazılar