"Əsl siyasət və reallıqlar Türkiyənin "Taliban"la əlaqələr qurmasını şərtləndirir" - İlkər Başbuğdan "Taliban" AÇIQLAMASI

  • 17:17 - 10 Sentyabr

"Əsl siyasət və reallıqlar Türkiyənin "Taliban"la əlaqələr qurmasını şərtləndirir."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş Qərərgah Rəisi İlkər Başbuğ deyib. Başbuğ, Türkiyənin "Taliban"la əlaqələrinə qarşı çıxanları tənqid edib.

""Taliban"ın mərkəzi hökumətin səriştəsizliklərini kompensasiya etmək və xalqın xidmət tələblərini ödəmək üçün fəaliyyətlərə girdiyini unutmaq olmaz. Bəlkə də bu çərçivədə ən əhəmiyyətli nöqtələrdən biri budur. Əfqanıstanda korrupsiya səbəbindən xalqın etibarını itirən məhkəmə sistemi əvəzinə, "Taliban" 2005 -ci ildən bəri nəzarətində olduğu ərazilərə təyin etdiyi hakimlər vasitəsi ilə xalqın gözündə daha qərəzsiz və ədalətli bir məhkəmə sistemi gətirdi.

Türkiyənin Əfqanıstanla əlaqələri qarşılıqlı etibar və sevgiyə söykəndi. Əsl siyasət və realizm, Türkiyəni də "Taliban"la münasibət qurmağa məcbur edir", -deyə Başbuğ qeyd edib.


Oxunma sayı: 6414

Oxşar yazılar