SKANDAL : Liviyadakı terror qruplarının lideri Xəlifə Haftardan Baydenlə görüşmək üçün 1 MİLYON DOLLARLIQ RÜŞVƏT...

  • 15:30 - 10 Sentyabr

Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İsrail, Misir, Yunanıstan və Suriyadakı Əsəd rejimi tərəfindən dəstəklənən qiyamçı Xəlifə Haftar Liviyada keçiriləcək 24 dekabr seçkilərində istədiyini əldə etmək üçün lobbiçilik fəaliyyətinə başlayıb.

Avropa.info xəbər verir ki, bu haqda ABŞ-ın  "Wall Street Journal" qəzeti məlumat yayıb. 

Məlumata görə, Liviyadakı qanunsuz hərbi birliklərin komandiri Haftar 3 lobbi şirkəti ilə prezident Co Baydenlə görüşmək barədə razılığa gəlib.

Müharibə cinayətlərində günahlandırılan Haftarın "Lanny J. Davis & Associates PLLC", "Livingston Group LLC" və "Holland & Knights" (Hüquqşünas firması) şirkətləri ilə müqavilələr bağladığı bildirilir. Müqavilələrdə Haftarın Liviyada "sülh və sabitliyi dəstəkləyən" əhəmiyyətli bir ictimai xadim olaraq yer alması diqqət çəkib.

Liviyadakı terror qruplarına da rəhbərlik edən Haftarın, bu şirkətlərin sahibləri olan Respublikaçılar Palatasının keçmiş lideri Bob Livinqston və keçmiş prezident Klintonun köməkçisi Lanny Davislə müqavilə bağlayıb.

"Tripoli hökumətinə hücum edən müharibə cinayətkarı, dekabr seçkilərindən əvvəl dəstək istəyir. Xəlifə Haftar 1980 -ci illərdə uzun müddət Liviyanın lideri olan Müəmmər Qəddafini tərk edən və daha sonra 20 il Virciniyada yaşayan, Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə Qəddafi rejiminə qarşı bir kampaniyaya rəhbərlik edən keçmiş Liviya ordusu komandanı idi. Sənədlərə görə, Liviyada hakimiyyət uğrunda mübarizə aparan Rusiyanın dəstəklədiyi Haftar, Bayden administrasiyasından siyasi dəstək almaq üçün təxminən 1 milyon dollar dəyərində bir lobbi müqaviləsi imzalayıb. Ağ Evdə, Dövlət Departamentində və Konqresdə səlahiyyətlilərlə görüşmək istəyən Haftar, dekabr seçkilərinə dəstək tapmağa çalışır",-deyə "Wall Street Journal"ın yazısında qeyd olunur.

Avropa.info


Oxunma sayı: 4181

Oxşar yazılar