Türkiyədən Rusiya və Ermənistana Laçın SİQNALI : terrorçu rejimin qondarma "müdafiə naziri" Qarabağdan qaçmaq istədi - AÇIQLAMA

  • 00:50 - 10 Sentyabr

"Qarabağda separatçı-terrorçuların ətrafında çəmbər daralır, xüsusilə Laçın dağlarındakı təlimlər – Türkiyənin işğaldan azad olunmuş ərazilərə gəlişi ruslara da, ermənilərə də siqnal oldu".

Bunu Avropa.info-ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Nərimanlının fikirincə, separatçı-terrorçu rejimin qondarma “müdafiə naziri” Mikael Arzumanyan da məhz bu səbəbdən Qarabağdan qaçmaq istəyir.

"Separatçı-terrorçu rejimin qondarma “müdafiə naziri” Mikael Arzumanyanın istefa ərizəsini qondarma “rəhbəri” Araik Arutyunayana təqdim etməsi təsadüfi deyil. Mikael qanunsuz erməni hərbi birləşmələrin bölgədən çıxarılması zamanı “nazir” kimi qalmaq və qovulmuş “general” olmaq istəmir. Araik Mikaelin ərizəsini qəbul etməkdən imtina edib, lakin onun qaçacağı istisna deyil.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

ASİF NƏRİMANLI

Separatçılar ruslara da etibar edə bilmirlər: Rusiya hökumətinin ticarət sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında məlum “Dağlıq Qarabağ Respublikası” ifadəsinin Bakının etirazından sonra silinməsi və “Azərbaycan Respublikası” olaraq qeyd olunması ermənilərin narahatlığını artırıb.

Rusiya bu cür “texniki səhvlərlə” Bakının etiraz həddini yoxlayır: həm mesaj verir, həm də istəklərini almaq üçün təzyiq aləti olaraq istifadə edir. Bu yanaşma separatçı-terrorçuların dəstəklənməsinə də aiddir və istəyini aldıqdan sonra onların təmizlənməsinə göz yumacaq.

Görünür, Mikael Arzumanyan proseslərin inkişaf istiqamətini indidən anladığı üçün getmək niyyətindədir", -deyə siyasi şərhçi qeyd edib.

Avropa.info


Oxunma sayı: 8856

Oxşar yazılar