Türkiyədə bütün tikinti işləri dayandırıldı - SƏBƏB

  • 11:28 - 09 Sentyabr

Türkiyədəki bütün podratçılar sement qiymət artımını boykot etmək üçün bu gündən etibarən sentyabrın 24 -dək tikintini dayandırıblar.

Avropa.info xəbər verir ki, podratçılar sement qiymətlərinin artması səbəbindən aldıqları boykot qərarını həyata keçirməyə başlayıblar. 

Tikinti Podratçıları Konfederasiyası (İMKON) tərəfindən yayaılan açıqlamadasementin inşaat sektorunu ən çox təsir edən məhsullardan biri olduğu xatırladılıb. 

Açıqlamada sement sektorunda qiymətlərin həddindən artıq yüksəlməsinin qəbuledilməz olduğu bildirilir. 

Ticarət Nazirliyi ilə bu mövzuda aparılan danışıqlardan heç bir müsbət nəticə alınmadığını bildirən açıqlamada, "İnhisarçı qiymət tətbiqi və özbaşına artımlar bardağı daşıran son damla idi" ifadəsi qeyd edilib. 

Bu çərçivədə tikintilər bu gündən sentyabrın 24 -dək dayandırılıb.


Oxunma sayı: 5391

Oxşar yazılar